Google axtaris sistemi

10 İLDƏN ARTIQ İŞ TƏCRÜBƏSİ (+99455)532-19-88
24
Dec

google axtaris sistemi bakida

Google axtaris sistemi-nin qısa tarixi haqqında.Beləliklə də Google axtaris sistemi qısa da olsa anlatmaqda fayda var. Google, Stanford universitetində təhsil alan iki tələbə tərəfindən qurulur və o vaxtlarda belə bir uğurun əldə olunacağı onlar tərəfindən heç təxmin belə edilmirdi. Hətta bir çox dəfə inkişaf etdirdikləri axtarış sistemi alqoritmasını satmağa çalışan bu iki dost, heç bir nəticə əldə edə bilməmişdilər. Daha sonra işi oyanan digər şirkətlər Google axtaris sisteminin qapısını döysələr belə, bu səfər heç bir nəticə əldə edə bilməyən elə özləri olmuşdular. Google axtaris sistemi o vaxtdakı uğurunu “PageRank (PR)” alqoritması sayəsində qazanır. PageRank, Google axtaris sistemində sıralamalarını müəyyənləşdirən və 0-dan 10-a qədər olan bir dəyərləndirmə modelidir. Yəni əgər web saytınızın PageRank dəyəri 0-dırsa saytınız dəyərsiz, əgər bu dəyər 8-9-10-dursa web saytınız çox dəyərli sayılır. PageRank, ilk illərdə sadəcə saytınızda yayımladığınız original məzmuna, aldığınız backlinklərə və sizə backlink göndərən saytların PageRank dəyərlərinə görə müəyyən edilirdi. Günümüzdə Google axtaris sisteminin nəticələrinə təsir edən faktorların sayı 200-ə qədər çıxsa belə, o vaxtlarda bu 3 kriteriya ilə yaradılan alqoritma belə sektorda lider olmağa kifayət edirdi.

Leave a Reply

whatsapp