Saytda reklam

10 İLDƏN ARTIQ İŞ TƏCRÜBƏSİ (+99455)532-19-88
24
Dec

saytda reklam bakida

Saytda-reklam necə işləyir? Yüz illər ərzində reklam sadəcə bir istiqamət üzrə fəaliyyət göstərirdi: şirkət saytda reklamı mümkün olduğu qədər geniş bir şəkildə yayımlayırdı, və tamaşaçıların müəyyən bir qismi (tam olaraq hansı olduğu məlum olmasada) onu qəbul edirdi. Müəyyən mənada ən yaxın keçmişə qədər on illiklər və hətta əsrlər boyunca heç nə dəyişilməmişdir – radio, televizor, qəzetlər, jurnallar, afişalar və s məhz belə işləyirlər.
Reklamçı reklam mesajının potensiallı nə qədər insanın görə biləcəyi haqqında yalnız təxmini bir fikrə sahibdir, lakin o, daha ətraflı məlumata sahib deyildir. Məsələn, onun nə qədər insanın reklamı həqiqətən izlədikləri, neçə yaşlarında olduqları, harada yaşadıqları barədə məlumatı yoxdur. Və bu yalnız sualların kiçik bir hissəsidir, hansılardanki əldə olunan cavablar şirkətlərə onların reklamlarını izləmiş insanları öz müştərilərinə çevirməyə imkan yaradır.
Hər şey internetin meydana gəlməsi ilə dəyişdi: reklamçılar tamaşaçı kütləsinin analiz edilməsi üçün güclü vəsait əldə etdilər ki, bununla da reklam mesajlarını formalaşdıra bilirlər. Və yaxud da, bu suala istifadəçilərin nöqteyi-nəzərindən baxsaq, internetin yaranması ilə reklamçılar sizləri izləməyin və bu yolla da sizə lazımsız bir çox şeylərin satılmasını təmin etməyin yolunu əldə etmiş oldular. Nəticə etibarilə reklamçılar reklam mesajlarının tamaşaçı kütləsinin daha təsirli şəkildə formalaşdıra və marketinq şirkətlərinə yatırımları optimallaşdıra bilirlər. Və sonda reklamçı minimum xərclə gözlədiyi nəticəni əldə etmiş olur. Təbii ki, bütün reklamçılar yeni imkanları layiqli şəkildə dəyərləndirmişlər: eMarketer-in proqnozuna görə internet-reklam bazarının həcmi 2020-ci ilin sonunda 674 mlrd $ olacaqdır.

whatsapp