Saytlarin hazirlanmasi

10 İLDƏN ARTIQ İŞ TƏCRÜBƏSİ (+99455)532-19-88
24
Dec

Saytlarin hazirlanmasi bakida

Saytlarin hazirlanmasinda bir çox insan iştirak edir – proqramçılar, veb-dizaynerlər və başqaları. Əvvəlcə veb-dizayner sifarişçinin istəklərini, saytlarin hazirlanmasinda məqsədini və onun nəzərdə tutulmuş auditoriyasını nəzərə alaraq saytın dizaynını yaradır. Uyğun şriftlər, şəkillər, obyektlərin yeri təyin olunur. Daha sonra növbə kodlaşdırıcıya gəlir. O, hazır dizaynla işləyərək onu müxtəlif brauzerlərə uyğunlaşdırır. Daha sonra proqramlaşdırma işi gəlir. Proqramçı saytın quruluşunu sıfırdan, proqramlaşdırma dili köməyilə yaradır. Sayt hazır olduqdan sonra onu məlumat ilə tamamlamaq lazımdır. Həmçinin saytınızı reklam edən, onu internet-kataloqlarda yerləşdirən, onun reklamını yayan insanlar da vardır.
Dünyada ilk sayt 1991-ci il, avqustun 6-sı yaradılmışdır. Saytın müəllifi Tim Berners-Lee olmuşdur. Bu saytda yerləşdirilən ilk məlumat yeni texnologiya olan World Wide Web haqqında olmuşdur.
Bizim zamanımızda sayt hər hansı bir müəssisənin və ya şirkətin vizit kartı, sizin portfeliniz rolunu oynuyur. Həmçinin internet-mağazalar, fayl mübadiləsi məkanları, sosial sebekeler (vk, odnoklassniki və s.), onlayn xidmətlər də mövcuddur. Saytın köməyilə informasiyanı yaymaq, onun üzərində sürətlə düzəliş etmək mümkündür, beləliklə də sizin saytınıza daxil olan insanlar ən son məlumatları əldə edirlər.
Saytın köməyilə siz insanlara nəhəng məlumatları ötürmək imkanı əldə edirsiniz. Başqa heç bir kütləvi informasiya vasitələri belə bir çarpıcı təsir əldə edə bilmir. Qəzetlərdə sizin simvollarınız və çap yeriniz məhduddur, radio vasitəsilə gedən reklamdakı məlumatı düzgün anlamamaq və ya yaza bilməmək olar. Yalnız şəxsi sayta sahib olmaqla sizin heç bir məhdudiyyətiniz olmur və istədiyiniz ölçüdə məlumatı yerləşdirə bilirsiniz. Sayt 7/24 aktiv olduğundan, bütün ehtiyyacı olan insanlar ondan yararlana bilərlər. Saytın ən vacib öhdəliyi – istifadəçilərə və potensiallı müştərilərə məlumatın çatdırılmasıdır. Son zamanlarda daha çox insan internetdən istifadə edir,internetdə xəbərləri oxuyur, ünsiyyət yaradır və çalışırlar. Məhz buna görə də telefonla əlaqə, qəzetlər, televizor ikinci planda qalır. İnsanların böyük əksəriyyəti onlara lazım olan məlumatı internetdə axtarırlar. Buna görə də öz şəxsi saytınıza sahib olmaqla siz istehlakçılara biraz da yaxın olmuş olacaqsınız.
İnternet sebekesinin sizə təklif etdiyi böyük imkanlardan yararlanın. Onlardan 100% istifadə edin. Mütəxəssislərə müraciət edərək öz internet-saytınıza sahib olun, və görəcəksiniz ki, işləriniz daha çox xeyir əldə edib, daha çox insanı cəlb edərək yüksəlməyə başlayır.

whatsapp