saytlar.az haqqında

saytlar.az Bakıda fəaliyyət göstərən veb-studiyadır. Biznes üçün sayt hazırlayıram və özümə qoyduğum tələb sadədir: sayt gözəl görünməklə qalmamalı, zəng və sifariş gətirməlidir.

Hər layihəni başdan sona özüm aparıram: brif, dizayn, proqramlaşdırma, işə salma. Siz menecerlə yox, saytı hazırlayan adamla danışırsınız. Sual yarananda kiməsə ötürmək lazım gəlmir, ona görə iş tez gedir.

Mövzu məhdudiyyəti qoymuram. Restoranın menyu saytı da, yüzlərlə məhsulu olan internet mağaza da, şəxsi kabinetli sistem də olar. Texnologiyanı da layihəyə görə seçirəm.

İş prinsipləri

  1. Əvvəl məqsəd, sonra dizayn

    Saytdan nə gözlədiyinizi əvvəlcə dəqiqləşdiririk: müraciət, satış və ya etibar. Dizaynı buna görə qururam.

  2. Sürət məcburidir

    Yavaş sayt müştəri itirir. Hər layihədə yüklənmə sürətini və Core Web Vitals göstəricilərini ayrıca yoxlayıram.

  3. Şəffaflıq

    Qiyməti, müddəti və işin həcmini əvvəlcədən razılaşdırırıq. İş gedəndə nəyin hazır olduğunu görürsünüz.

  4. Sayt sizindir

    Domen, hostinq, kod və bütün girişlər sizin adınıza olur.

İstifadə olunan texnologiyalar

Mövzu məhdudiyyəti qoymuram. Texnologiyanı da tapşırığa görə seçirəm: sadə sayt üçün ağır sistem qurmuram.

Frontend

  • HTML5
  • CSS3
  • JavaScript
  • TypeScript
  • React
  • Next.js
  • Vue
  • Nuxt
  • Astro
  • Tailwind CSS

Backend

  • PHP
  • Laravel
  • Node.js
  • Python
  • Django
  • MySQL
  • PostgreSQL
  • REST API

CMS və e-ticarət

  • WordPress
  • WooCommerce
  • OpenCart
  • Shopify
  • Strapi

İnteqrasiyalar

  • Onlayn ödəniş
  • CRM
  • 1C
  • Telegram bot
  • Google Analytics
  • Meta Pixel

Saytınız haqqında danışaq

Yazın və ya zəng edin. Hansı sayt lazım olduğunu, təxminən neçəyə və neçə vaxta hazır olacağını ilk söhbətdə deyirəm. Konsultasiya pulsuzdur.