Sayt hazırlanması qiymətləri

Hər layihənin qiyməti tapşırığa görə hesablanır və işə başlamazdan əvvəl razılaşdırılır. Aşağıda paketlərə nəyin daxil olduğunu, qiymətə nəyin təsir etdiyini və hansı əlavə xərclərin olduğunu görə bilərsiniz.

Paketlər

  • Landing page

    Bir məhsul və ya xidmət üçün satış səhifəsi

    Qiymət
    Fərdi hesablanır
    Müddət
    1–2 həftə
    • 1 səhifə, 6–10 blok
    • Fərdi dizayn
    • Mobil uyğunluq
    • Müraciət forması və WhatsApp
    • Analitika və piksel
    • Əsas SEO
  • Korporativ sayt

    Şirkəti və xidmətlərini təqdim edən çoxsəhifəli sayt

    Qiymət
    Fərdi hesablanır
    Müddət
    2–4 həftə
    • 5–15 səhifə
    • Fərdi dizayn
    • İdarəetmə paneli
    • Çoxdilli struktur
    • SEO bazası və schema
    • Analitika
  • İnternet mağaza

    Kataloqu, səbəti və onlayn ödənişi olan mağaza

    Qiymət
    Fərdi hesablanır
    Müddət
    4–8 həftə
    • Kataloq və filtrlər
    • Səbət və sifariş
    • Onlayn ödəniş
    • İdarəetmə paneli
    • Çatdırılma ayarları
    • Məhsul SEO-su
  • Veb tətbiq

    Biznes prosesinizə uyğun fərdi sistem

    Qiymət
    Fərdi hesablanır
    Müddət
    Layihəyə görə
    • Texniki tapşırıq
    • UX/UI dizayn
    • Backend və verilənlər bazası
    • İnteqrasiyalar
    • Mərhələli təhvil
    • Mənbə kodu sizə məxsusdur

Saytın qiymətinə nə təsir edir?

Eyni “sayt” sözü arxasında çox fərqli iş həcmi dayana bilər. Qiyməti əsasən bu altı amil müəyyən edir.

  1. Saytın növü və həcmi

    Tək səhifəlik landing ilə yüzlərlə məhsulu olan internet mağazanın iş həcmi kəskin fərqlənir.

  2. Dizaynın mürəkkəbliyi

    Fərdi illüstrasiyalar, animasiyalar və qeyri-standart bloklar daha çox vaxt tələb edir.

  3. Funksionallıq

    Onlayn ödəniş, şəxsi kabinet, rezervasiya, filtrlər və inteqrasiyalar qiyməti artırır.

  4. Dillərin sayı

    Hər əlavə dil kontentin və strukturun yenidən işlənməsi deməkdir.

  5. Kontent

    Mətn və şəkillər hazırdırsa, iş ucuz başa gəlir. Onları da hazırlamaq lazımdırsa, bu ayrıca işdir.

  6. Müddət

    Təcili layihələr əlavə resurs tələb etdiyi üçün daha baha başa gəlir.

Saytın əlavə xərcləri

Hazırlanma qiymətindən əlavə, hər saytın bu daimi xərcləri olur. Onlar birbaşa xidmət təminatçılarına ödənilir.

XərcNədirÖdəniş
Domen Saytın ünvanı, məsələn brendiniz.az İllik
Hostinq Saytın yerləşdiyi server; həcmi saytın növündən asılıdır Aylıq və ya illik
SSL sertifikatı Təhlükəsiz bağlantı (https) Əksər hostinqlərdə pulsuz
Texniki dəstək Yeniləmələr, ehtiyat nüsxələr, kiçik dəyişikliklər İstəyə görə
Reklam və SEO Sayta ziyarətçi gətirmək üçün ayrıca büdcə İstəyə görə

Qiymət haqqında suallar

Bütün suallar

Sayt hazırlanması neçəyə başa gəlir?

Qiymət saytın növündən, səhifə sayından, dizayndan və lazım olan funksiyalardan asılıdır. Ən ucuz variant landing page-dir. İnternet mağaza və fərdi veb tətbiq daha böyük işdir, qiyməti də ona uyğun olur. Qısa brifi doldurun, dəqiq qiyməti və müddəti yazım. Konsultasiya pulsuzdur.

Ödəniş necə aparılır?

Adətən iki hissədə: işə başlayanda avans, sayt təhvil veriləndə qalan məbləğ. Böyük layihədə ödənişi mərhələlərə bölürük. Şərtləri işə başlamazdan əvvəl razılaşdırırıq.

Domen və hostinq qiymətə daxildir?

Xeyr, domen və hostinq ayrıca illik xərclərdir. Onları sizin adınıza qeydiyyatdan keçiririk ki, sayt tam sizə məxsus olsun. Domen adını seçməyə, .az domenini qeydiyyatdan keçirməyə və hostinqi qurmağa kömək edirəm.

Sayt kimin adına olur?

Sizin adınıza. Domen və hostinq sizin adınıza qeydiyyatdan keçir, kod və bütün giriş məlumatları təhvil zamanı sizə verilir.

Dəqiq qiyməti öyrənmək istəyirsiniz?

Qısa brifi doldurun, layihəniz üçün qiyməti və müddəti yazım.