SEO, GEO və saytın texniki dəstəyi

Sayt açıldı, amma iş bitmədi: onu müştərilər tapmalıdır və sayt dayanmadan işləməlidir. Texniki SEO saytı Google üçün, GEO isə ChatGPT, Gemini və Perplexity kimi AI axtarışları üçün hazırlayır. Dəstək müddətində yeniləmələrə, ehtiyat nüsxələrə və təhlükəsizliyə mən baxıram.

SEO və GEO nədir?

SEO (Search Engine Optimization) saytın Google kimi axtarış sistemlərində daha yuxarıda çıxması üçün optimallaşdırılmasıdır. GEO (Generative Engine Optimization) saytın süni intellekt köməkçilərinin cavablarında mənbə kimi göstərilməsi üçün optimallaşdırılmasıdır. İkisinin də əsası eynidir: təmiz texniki baza, aydın struktur və faydalı məzmun.

Kimlər üçün uyğundur?

  • Saytı olan, amma Google-da görünməyən bizneslər
  • AI axtarışlarda (ChatGPT, Gemini) tövsiyə olunmaq istəyən şirkətlər
  • Saytına baxacaq daimi texniki mütəxəssisi olmayan firmalar
  • Yeni saytını düzgün başlatmaq istəyənlər

Xidmətə nə daxildir?

  • Texniki SEO auditi

    İndeksləməni, sürəti, mobil görünüşü, təkrar səhifələri və qırıq keçidləri yoxlayıb düzəldirəm.

  • Struktur və meta

    Başlıqları, meta təsvirləri, URL-ləri və daxili keçidləri insanların həqiqətən axtardığı sorğulara uyğunlaşdırıram.

  • Schema işarələməsi

    Şirkət, xidmət, məhsul və sual-cavab məlumatları axtarış sistemlərinin başa düşdüyü formatda verilir.

  • AI axtarış (GEO)

    Sual-cavab şəklində məzmun, llms.txt, AI botlarına açıq giriş və aydın yazılmış faktlar.

  • Lokal SEO

    Google Biznes Profili, xəritə və “Bakıda …” tipli lokal sorğular üçün optimallaşdırma.

  • Texniki dəstək

    Yeniləmələr, ehtiyat nüsxələr, təhlükəsizlik, monitorinq və kiçik dəyişikliklər.

İş necə gedir?

Beş mərhələ. Hər birinin sonunda nəticəni sizə göstərirəm və yalnız təsdiqinizdən sonra irəli gedirəm.

  1. Tanışlıq və brif

    Biznesinizi, kimə satdığınızı və saytdan nə gözlədiyinizi soruşuram. Bu söhbət pulsuzdur.

  2. Struktur və prototip

    Səhifələrin siyahısını və sadə eskizlərini hazırlayıram. Nəyin harada duracağını dizayndan əvvəl razılaşdırırıq.

  3. Dizayn

    Dizaynı sizin brend üçün sıfırdan çəkirəm. Əvvəl ana səhifəni göstərirəm, bəyənsəniz, qalan səhifələrə keçirəm.

  4. Proqramlaşdırma

    Dizaynı koda çevirirəm, idarəetmə panelini, formaları və lazım olan inteqrasiyaları qoşuram.

  5. Test və işə salma

    Saytı telefonlarda və kompüterlərdə yoxlayıram, domenə qoşuram, Google-a təqdim edirəm. Paneldən necə istifadə edəcəyinizi göstərirəm.

Bu xidmət haqqında suallar

SEO nəticəsi nə vaxt görünür?

Texniki düzəlişlərin təsiri adətən bir neçə həftəyə, rəqabətli sorğularda sabit nəticə isə 3–6 aya görünür. SEO bir dəfə görülüb bitən iş deyil. Birinci yerə isə heç kim zəmanət verə bilməz.

GEO adi SEO-dan nə ilə fərqlənir?

SEO saytı axtarış nəticələrinin siyahısında yuxarı çıxarmağa çalışır. GEO isə süni intellektin hazırladığı cavabın içində saytınızın mənbə kimi göstərilməsini hədəfləyir. Bunun üçün məzmun suallara birbaşa cavab verməli, faktlar aydın yazılmalı, sayt AI botları üçün açıq və texniki cəhətdən təmiz olmalıdır.

Texniki dəstəyə nə daxildir?

Platforma və modulların yenilənməsi, müntəzəm ehtiyat nüsxələr, təhlükəsizlik yoxlaması, saytın işləkliyinin monitorinqi və mətn-şəkil kimi kiçik dəyişikliklər. Həcmi və şərtləri ehtiyacınıza görə razılaşdırırıq.

Digər xidmətlər

Korporativ sayt

Şirkət haqqında hər şeyin olduğu çoxsəhifəli sayt: xidmətlər, haqqımızda, layihələr, əlaqə.

5–15 səhifə · İdarəetmə paneli · Çoxdilli

Landing page

Bir məhsulu və ya xidməti satmaq üçün tək səhifə: təklif, sübutlar və müraciət düyməsi.

1 səhifə · Reklam üçün · Analitika

İnternet mağaza

Kataloqu, səbəti, onlayn ödənişi və sifariş paneli olan onlayn mağaza.

Kataloq və səbət · Onlayn ödəniş · Sifarişlərin idarəsi

Dəqiq qiyməti öyrənmək istəyirsiniz?

Qısa brifi doldurun, layihəniz üçün qiyməti və müddəti yazım.