Veb tətbiq və fərdi sistemlərin hazırlanması

Bəzi işlər nə şablona, nə də konstruktora sığır. Onda iş prosesinizə görə veb tətbiq yazıram: onlayn rezervasiya, şəxsi kabinet, daxili CRM, hesabat paneli və ya müştəri portalı.

Veb tətbiq nədir?

Veb tətbiq brauzerdə işləyən proqramdır: istifadəçi qeydiyyatdan keçir, məlumat daxil edir, sifariş verir və ya hesabat alır. Adi saytdan fərqi odur ki, sadəcə məlumat göstərmir, iş prosesini avtomatlaşdırır.

Kimlər üçün uyğundur?

  • Sifarişləri və müraciətləri Excel-də və ya dəftərdə aparan şirkətlər
  • Onlayn yazılış və növbə sistemi lazım olan klinika, salon və servis mərkəzləri
  • Müştərilərinə şəxsi kabinet vermək istəyən bizneslər
  • MVP-ni tez buraxmaq istəyən startaplar

Xidmətə nə daxildir?

  • Təhlil və texniki tapşırıq

    Əvvəl prosesinizi öyrənirəm, sonra funksiyaların siyahısını və mərhələli planı yazıram.

  • UX/UI dizayn

    İnterfeysi elə sadə edirəm ki, işçiləriniz və müştəriləriniz təlimsiz işləyə bilsin.

  • Backend və təhlükəsizlik

    Verilənlər bazası, rollar və icazələr, ehtiyat nüsxələr.

  • İnteqrasiyalar

    Ödəniş sistemləri, SMS, 1C, CRM, Telegram botu və başqa xidmətlərlə API bağlantısı.

  • Mərhələli təhvil

    Əvvəl əsas funksiyaları işə salırıq, sonra sistemi addım-addım genişləndiririk.

  • Sənədləşmə və kod

    Mənbə kodunu və sənədləri sizə verirəm. Sistem tam sizindir.

İş necə gedir?

Beş mərhələ. Hər birinin sonunda nəticəni sizə göstərirəm və yalnız təsdiqinizdən sonra irəli gedirəm.

  1. Tanışlıq və brif

    Biznesinizi, kimə satdığınızı və saytdan nə gözlədiyinizi soruşuram. Bu söhbət pulsuzdur.

  2. Struktur və prototip

    Səhifələrin siyahısını və sadə eskizlərini hazırlayıram. Nəyin harada duracağını dizayndan əvvəl razılaşdırırıq.

  3. Dizayn

    Dizaynı sizin brend üçün sıfırdan çəkirəm. Əvvəl ana səhifəni göstərirəm, bəyənsəniz, qalan səhifələrə keçirəm.

  4. Proqramlaşdırma

    Dizaynı koda çevirirəm, idarəetmə panelini, formaları və lazım olan inteqrasiyaları qoşuram.

  5. Test və işə salma

    Saytı telefonlarda və kompüterlərdə yoxlayıram, domenə qoşuram, Google-a təqdim edirəm. Paneldən necə istifadə edəcəyinizi göstərirəm.

Bu xidmət haqqında suallar

Fərdi veb tətbiq hazır proqramdan nə ilə yaxşıdır?

Hazır proqram sizi öz qaydalarına uyğunlaşmağa məcbur edir və hər ay abunə haqqı istəyir. Fərdi veb tətbiq sizin iş qaydanıza görə yazılır, içində lazımsız funksiya olmur və sizə məxsus olur.

Veb tətbiqin qiyməti necə hesablanır?

Qiymət funksiyaların sayından və mürəkkəbliyindən asılıdır. Əvvəlcə texniki tapşırıq yazılır, layihə mərhələlərə bölünür və hər mərhələnin qiymətini və müddətini ayrıca razılaşdırırıq.

Layihəni kiçik versiyadan başlamaq olar?

Bəli, mən də elə məsləhət görürəm. Əvvəl ən vacib funksiyalarla ilk versiyanı (MVP) işə salırıq, sonra real istifadəçilərin dediklərinə görə sistemi mərhələlərlə böyüdürük.

Digər xidmətlər

Korporativ sayt

Şirkət haqqında hər şeyin olduğu çoxsəhifəli sayt: xidmətlər, haqqımızda, layihələr, əlaqə.

5–15 səhifə · İdarəetmə paneli · Çoxdilli

Landing page

Bir məhsulu və ya xidməti satmaq üçün tək səhifə: təklif, sübutlar və müraciət düyməsi.

1 səhifə · Reklam üçün · Analitika

İnternet mağaza

Kataloqu, səbəti, onlayn ödənişi və sifariş paneli olan onlayn mağaza.

Kataloq və səbət · Onlayn ödəniş · Sifarişlərin idarəsi

Dəqiq qiyməti öyrənmək istəyirsiniz?

Qısa brifi doldurun, layihəniz üçün qiyməti və müddəti yazım.