Korporativ sayt
Şirkət haqqında hər şeyin olduğu çoxsəhifəli sayt: xidmətlər, haqqımızda, layihələr, əlaqə.
Landing page-in bir işi var: reklamdan gələn adamın müraciət yazmasına, zəng etməsinə və ya alış etməsinə nail olmaq. Instagram, Google və ya TikTok-da reklam verirsinizsə, o trafiki müştəriyə çevirməyin ən tez və sərfəli yolu budur.
Landing page (açılış səhifəsi) bir məhsul, xidmət və ya kampaniya üçün hazırlanan tək səhifəlik saytdır. Səhifədə diqqəti yayındıran menyu və keçidlər olmur: o, problemi göstərir, təklifi izah edir, sübut gətirir və bir konkret addıma çağırır.
Blokları satış məntiqi ilə düzürəm: təklif, üstünlüklər, sübutlar, etirazlara cavab, sonda çağırış.
Başlıq və çağırış mətnlərini auditoriyanıza görə yazıram və ya sizinkini redaktə edirəm.
Reklamdan gələn adam gözləməz, ona görə səhifə mobil internetdə də dərhal açılır.
Forma, WhatsApp düyməsi və zəng düyməsi. Müraciət birbaşa telefonunuza gəlir.
Google Analytics, Meta Pixel və hadisələri qururam ki, reklamın nə gətirdiyini rəqəmlə görəsiniz.
Başlığı və ya bloku dəyişib hansı variantın daha çox müraciət gətirdiyini yoxlamaq olur.
Beş mərhələ. Hər birinin sonunda nəticəni sizə göstərirəm və yalnız təsdiqinizdən sonra irəli gedirəm.
Biznesinizi, kimə satdığınızı və saytdan nə gözlədiyinizi soruşuram. Bu söhbət pulsuzdur.
Səhifələrin siyahısını və sadə eskizlərini hazırlayıram. Nəyin harada duracağını dizayndan əvvəl razılaşdırırıq.
Dizaynı sizin brend üçün sıfırdan çəkirəm. Əvvəl ana səhifəni göstərirəm, bəyənsəniz, qalan səhifələrə keçirəm.
Dizaynı koda çevirirəm, idarəetmə panelini, formaları və lazım olan inteqrasiyaları qoşuram.
Saytı telefonlarda və kompüterlərdə yoxlayıram, domenə qoşuram, Google-a təqdim edirəm. Paneldən necə istifadə edəcəyinizi göstərirəm.
Landing page bir təklifi satmaq üçün tək səhifədir və əsasən reklam trafiki ilə işləyir. Korporativ sayt isə şirkəti bütövlükdə təqdim edən çoxsəhifəli saytdır və axtarışdan daimi ziyarətçi gətirmək üçün daha uyğundur.
Adətən 1–2 həftə. Mətn və şəkillər hazırdırsa, daha tez də təhvil vermək mümkündür.
Bəli, öz domeniniz (məsələn, brendiniz.az) etibar yaradır. Domeni seçməyə və qoşmağa kömək edirəm. Səhifəni mövcud saytınızın alt-domenində də yerləşdirmək olar.
Şirkət haqqında hər şeyin olduğu çoxsəhifəli sayt: xidmətlər, haqqımızda, layihələr, əlaqə.
Kataloqu, səbəti, onlayn ödənişi və sifariş paneli olan onlayn mağaza.
Şəxsi kabinet, CRM, rezervasiya sistemi, portal. Hazır proqram işinizə uymayanda sıfırdan yazılan sistem.
Qısa brifi doldurun, layihəniz üçün qiyməti və müddəti yazım.